ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma çərçivəsində qadağan edilmiş qanadlı raketin sınaq videosunu yayımlayıb.
Axar.az xəbər verir ki, görüntüləri ABŞ Müdafiə Nazirliyi yayıb.
Raketin buraxılışı avqustun 18-də Kaliforniyanın San-Nikolas adasında baş tutub. Pentaqon raketin 500 kilometrdən çox uçduqdan sonra hədəfi məhv etdiyini bildirib.