Rəsmi Moskva: Tbilisi ilə əlaqələrin genişləndirilməsi təkliflərini müzakirə etməyə hazırıq

Moskva Tbilisi ilə əlaqələrin genişləndirilməsi təkliflərini müzakirə etməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Gürcü qonşularımızdan təmaslarla bağlı əlavə təkliflər olarsa, təbii ki, biz onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan yayınmamışıq”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.