Fitsoya qarşı növbəti sui-qəsd oldu

Slovakiyanın Baş naziri Fitsoya növbəti sui-qəsd cəhdi olub.
Axar.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso özü “Štandard”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, hadisə bu ay Polşa ilə sərhəddəki Dukla keçidində baş verib.

Burada Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi şərəfinə tədbirlər keçirilib. Ziyarətçilər arasına girən bir şəxsdə tam dolu tapança tapılıb.

Qeyd edək ki, bu ilin mayında Slovakiyanın baş nazirinin həyatına sui-qəsd cəhdi olmuş, Fitso ağır yaralanmışdı.