NATO Gürcüstandakı seçkini şərh etdi

Şimali Atlantika Alyansı Gürcüstanda keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilərin qeyd etdiyi problemlərin araşdırılmasına çağırıb.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı NATO-nun sözçüsü Fara Daxlala yayıb.

O qeyd edib ki, beynəlxalq müşahidəçilər missiyası Gürcüstanda keçirilən seçkilərdə siyasi qüvvələr arasında qeyri-bərabər rəqabət şəraitinin olduğunu bildiriblər və bu, onların nəticələrinə ictimai etimadı sarsıdır:

“Seçkilərlə bağlı qanun pozuntuları barədə məlumatlar tam araşdırılmalıdır”.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşən 4 müxalif partiya isə seçki nəticələrini tanımadığını açıqlayıb.