Sabiq prezident hakim qarşısına çıxarıldı

Sudanın sabiq prezidenti Ömər əl-Bəşir qanundan sui-istifadə edərək sərvət toplama cinayətinə görə məhkəməyə çıxarılıb

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş prezident ciddi mühafizə altında paytaxt Xartumdakı məhkəməyə gətirilib. 
Qeyd edək ki, Bəşirin məhkəməsi 31 iyul və 17 avqustda təhlükəsizlik səbəbilə 2 dəfə təxirə salınmışdı. 
Çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan Bəşir qanundankənar sərvət toplamaqda və külli miqdarda maliyyə maxinasiyasında günahlandırılır. 
Xatırladaq ki, 19 dekabr 2018-ci ildə maliyyə böhranı səbəbilə başlayan etiraz aksiyalardan sonra Sudan ordusu vəziyyətə nəzarət etmək üçün hakimiyyəti üzərinə götürdü. Bu ilin aprelin 11-də 30 illik Ömər əl-Bəşir dönəmi sona çatmışdı. Bəşir çevrilişdən sonra ev dustaqlığından çıxarılaraq paytaxt Xartumdakı Kuber həbsxanasına köçürülmüşdü.