Almaniyanın keçmiş kansleri Herhard Şröderi Fransanın keçmiş prezidenti Jak Şiraka vida mərasiminə dəvət etməyiblər.
Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.
Məlumata görə, Yelisey Sarayı yerlərin məhdud olmasını əsas göstərərək Şröderin ofisinin müraciətini mənfi cavablandırıb.
Yelisey Sarayındakı mənbələrin informasiyasına əsasən, bu məsələdə anlaşmazlıq yaşanıb. Belə ki, Jak Şirakla vida mərasiminə hətta Şröder üçün yer də ayrılıb. Tədbirə rəsmi dəvət tələb olunmayıb, iştirak niyyətini ifadə etmək yetərli hesab olunub.
Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında Parisdə vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti olub.
Vida mərasimi bu gün Sen-Syulpis kilsəsində keçirilir.