ABŞ-ın türkiyəli nazirlərə sanksiya tətbiq etməsindən sonra Türkiyənin Maliyyə naziri Barat Albayraq ABŞ-a səfərini ləğv edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.
Məlumata görə, Albayraq özünün əvəzinə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantılarına köməkçisi Bülənt Aksunu göndərəcək.