Talibana zərbə: 50-dən çox terrorçu məhv edildi

Əfqanıstan ordusunun Fəryab əyalətində həyata keçirdiyi avizərbələr nəticəsində Taliban terror təşkilatının 50-dən çox üzvü məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Khaama Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, şənbə günü gecə terrorçular Xvaca Namosidəki hərbi posta hücum ediblər. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma bir neçə saat davam edib. Daha sonra əfqan ordusu aviasiyanı işə salıb. Aviazərbələr nəticəsində taliblərin bir neçə komandirinin də öldürüldüyü bildirilir.