Kadırov Bağdadidən yazdı: Mən öldürəcəm...

Çeçenistan rəhbəri Ramzan Kadırov İŞİD lideri Əbubəkr Bağdaninin öldürülməsi xəbərini Qoqolun sözləri ilə qeyd edib.

Axar.az xəbər verir ki, Kadırov bu barədə özünün Teleqram kanalında yazıb.

“Əbubəkr Bağdadi yenə öldürülüb? İnsanın ağlına Taras Bulbanın oğlu Andreyə dedikləri gəlir: Səni mən yaratdım, mən də öldürəcəm”, - çeçen lider yazıb.

Onun sözlərinə görə, terrorçular yaxşıya və pisə ayrılacaqsa, Bağdadinin öldürülməsinin heç bir mənası olmayacaq:

“Ben Laden öldürüldü, amma Əl Qaidə yaşayır. Suriyanı İŞİD-dən tamamilə təmizləmək lazımdır”.

Qeyd edək ki, bu gün ABŞ mətbuatı Əbubəkr Bağdadinin İdlibdə keçirilən əməliyyat nəticəsində öldürüldüyünü yazıb.