"Sülh bulağı" əməliyyatı çərçivəsində 1 Türkiyə hərbçisi həlak olub



Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Türkiə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Suriyanın Rəsulayn rayonunda "Sülh bulağı" əməliyyatı çərçivəsində PKK/YPG terrorçuları tərəfindən açılan atəş nəticəsində 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb".


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.