Əfqanıstanda bomba partlayıb, 5 uşaq ölüb



Əfqanıstanın şimalında Faryab əyalətində bomba partlaması nəticəsində 5 uşaq ölüb, 1 uşaq yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə 1TV məlumat yayıb.

Uşaqlar oynayarkən partlayan bombanın “Taliban” Hərəkatının silahlıları tərəfindən yerləşdirildiyi ehtimal olunur.