İran konsulluğuna hücum edildi

İraqda bir aydan çoxdur ki, hökumət əleyhinə davam edən etiraz aksiyalarında İrana qarşı şüarlar səsləndirən etirazçılar İranın Kərbəladakı Baş Konsulluğuna hücum ediblər.

Xarici mətbuat xəbər verir ki, İraqda İranın nüfuzunun artmasına reaksiya göstərən nümayişçilər İran əleyhinə şüarlar da səsləndiriblər.

Nümayişçilər konsulluğun divarına qalxaraq İraq bayrağını açıblar. Etirazlardan sonra diplomatların binada olmadığı və İrana qayıtdıqları məlum olub.