Estoniyanın Xarici İşlər naziri Urmas Reinsalu ölkə Prezidenti Kersti Kalyulayda 9 Mayda Moskvaya getməməyi tövsiyə edib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, nazir deyib ki, Prezident qərar verməlidir.
“Ancaq mən bu məsələdə daha diqqətli olardım”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, bu ilin sentyabrın 17-də Estoniya Prezidenti rəsmi Tallinin Rusiya ilə müstəqil şəkildə dialoq aparmalı olduğunu açıqlayıb.
Xatırladaq ki, Kersti Kalyulayd bu ilin 18 aprelində Moskvaya gedib, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.