20 ilə Almaniyanı miqrantlar idarə edəcək

Ekspertlər tərəfindən aparılan araşdırmalara görə, 2040-cı ilə qədər Almaniyada hər 3 nəfərdən biri miqrant olacaq.

Axar.az xəbər verir ki, bu sözləri “Di Velt” nəşrinə açıqlamasında Əmək Bazarı və Peşə Tədqiqatları İnstitutunun rəhbəri Herbert Brüker deyib.

O bildirib ki, təxminən 20 ildən sonra ölkənin böyük şəhərlərində əhalinin 70 faizi miqrantların törəmələri olacaq:

“Hazırda alman xalqının dörddə birinin qaçqın keçmişi var. 20 ilə bu rəqəm 35, yaxud 40 faizdən çox ola bilər”.