"Silahlanmaya son!" deyən qadın övladlarını güllələyib

ABŞ-da sosial mediada silahlanma əleyhinə tez-tez paylaşım edən bir qadın özünün 3 uşağını silahla qətlə yetirib. Xarici mətbuat xəbər verir ki, uşaqlarını öldürən qadın, daha sonra öz həyatına son qoyub.

ABŞ-ın Texas ştatının təhlükəsizlik nümayəndələri, 39 yaşındakı qadının bir müddət əvvəl həyat yoldaşından boşandığı üçün problemlərinin olduğunu söyləyiblər.

Qeyd edək ki, o, sosial media qeydlərində tez-tez silahlı zorakılığa son qoymağa çağırış edirdi.