Rusiya Dumasından kritik qərar: Putinin təsdiqi gözlənilir

Rusiya Dövlət Duması rus dili proqramı olmayan smartfon telefonlar və kompüter satışını qadağan edən qanun qəbul edib.

Axar.az xəbər verir ki, qanunun qüvvəyə minməsi üçün isə öncə Federasiya Şurası, daha sonra Rusiya Prezidenti Vladimir Putinin təsdiqi lazımdır.

Qanun layihəsinə əsasən, ölkədə satılan bütün smartfon telefonlar, kompüterlər və televizorlar zavod parametrləri olaraq Rusiya proqramı ilə işləməli olacaq.