Prezident: "S-400 olan yerdə ABŞ pilotları uça bilmir"

Serbiya Prezidenti Aleksandr Vuçiç serb hakimiyyətinin Rusiyadan S-400 zenit raket kompleksləri almayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Vuçiç bu rus silahının olduqca “təsirli” olduğunu qeyd edib.

“Belə silahınız olanda daha heç kim sizə hücum etmir. S-400-lər olan yerdə nə ABŞ, nə də başqa ölkənin pilotları uçur”, - Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya magistral yolların çəkilməsi və çoxsaylı layihələr üçün böyük vəsait xərcləyir, belə olanda halda isə Belqradın S-400 almağa pulu qalmır.