Rus snayperlər Haftara yardıma yollandı

Son 6 həftədə Liviyaya aralarında “Vaqner” qrupunun snayperlərinin də olduğu 200 rus muzdlu döyüşçüsü yollanıb.

Bu barədə “Nyu York Tayms” nəşri liviyalı yüksək çinli məmurlara istinadən informasiya yayıb.

Nəşr qeyd edib ki, rus muzdlu döyüşçülər Liviyanın şərqində vuruşan Xəlifə Haftarın ordusuna kömək edirlər.