Meksika Boliviyadakı hadisələrə münasibət bildirdi

Meksikanın xarici işlər nazirliyi şənbə günü mübahisəli seçki ilə bağlı bir həftə davam edən Boliviyadakı siyasi vəziyyətdən narahat olduğunu bildirib.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, Meksikanın xarici işlər nazirliyinin açıqlamasında deyilir: "Meksika üçün demokratiya yeganə yoldur və bu prosesi güc və zorakılıqla əvəz etmək geri çəkilmə deməkdir. Meksika hökuməti, Prezident Evo Moralesin söylədiyi kimi, dialoqa çağırır".