Suriyada avtomobildə bomba partlayıb:7 ölü


Bazar günü Suriyanın şimalındakı Rakka əyalətindəki Suluk kəndində güclü partlayış baş verib.

""Sherg.az" Trend-ə istinadən bildirir ki, terrorçular ən azı yeddi nəfərin ölümünə və 13 nəfər yaralanmasına səbəb olan minalanmış avtomobili partadıblar.

Həkimlərin dediyinə görə, qurbanların sayı arta bilər, bir neçə yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.