Baş naziri istefaya gedir - Etirazlara görə

İraqın Baş naziri Adil Əbdül Mehdi tezliklə ölkədəki etirazlarla əlaqədar istefaya gedəcək.

Axar.az xəbər verir ki, Mehdi yaxın zamanlardan istefa ilə bağlı müraciətini parlamentə təqdim edəcəyini bildirib. Baş nazir bu addımının ölkənin daha böyük xaos yüklənməsindən xilas edəcəyini bildirib.

Mehdi ilə bərabrə Di Kar vilayətinin polisinin rəhbər Məhəmməd əl Qurreyşi də istefaya gedəcəyini söyləyib. Onun belə addım atmasına səbəb kimi son zamanlar vilayətin mərkəzi Nəcəf şəhərinin etirazların episentrinə çevrilməsi və polisin etirazları sərt şəkildə dağıtması göstərilib.