Davudoğlunun erməni adamı yeni partiyaya qoşulur

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun yeni quracağı partiyanın idarə heyətində erməni əsilli jurnalist Etyen Mahçupyan da yer alacaq.

Axar.az xəbər verir ki, bu barədə Mahçupyanın özü məlumat verib.

O, yerli telekanala verdiyi müsahibəsində bildirib ki, Davudoğlunun yeni quracağı partiyanın idarə heyətində təmsil olunacaq:

“Həm Babacanı, həm də Davudoğlunu yaxşı tanıyıram. Amma mən qərarımı vermişəm, yoluma Əhməd bəylə davam edəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, E. Mahçupyan bundan öncə Davudoğlunun müşaviri vəzifəsində çalışıb.