Əfqanıstanda sərhəd qoşunları komandanı partladıldı

Əfqanıstanın Gilmend vilayətindəki sərhəd qoşunlarının komandanı öldürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı “TOLOnews” televiziyası yayıb.

Məlumata görə, o, avtomobil yoluna quraşdırılmış bombanın partladılması nəticəsində ölüb.

Onunla bərabər 3 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.