Ukrayna generalı: Rusiya NATO-nu Donbasda sınayır

Donbasdakı müharibə ilə Rusiya NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini general-leytenant İqor Romanenko deyib.

“Britaniyanın Rusiyanın NATO üçün real təhdid olmasıyla bağlı bəyanat Rusiyaya edilən kompliment yox, faktın ifadəsidir. Putin rejimi dönəmində Rusiya ordusu yenilənib, ordunun 65%-i yenidən silahlandırılıb. Rusiya Donbasda NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir. Kremlin fəxr etdiyi silahların təxminən yarısı işlək vəziyyətdədir, yerdə qalanlar sadəcə oyuncaqdır”, - deyə o bildirib.