Ali Radanın yaxınlığında etirazçılarla polislər arasında münaqişə yarandı

Ukraynanın Ali Radasının yaxınlığında etirazçılarla polislər arasında münaqişə baş verib. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına əllərinə gələn hər şeyi - çubuqları, daşları, şüşələri atıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə etməyə çalışıblar.

Ukraynanın 112 televiziya kanalının verdiyi məlumata görə, etirazçılar ilə hüquq-mühafizə orqanları arasında qarşıdurma etirazçılar Kiyevin Qruşevskoqo küçəsindəki Rada binasının qarşısında çadır qurmağa çalışdıqdan sonra başlayıb.

Artıq yerli mətbuatda baş verənləri “Yeni il ərəfəsi Meydan hərəkəti” adlandırmağa çalışırlar.

Aksiya iştirakçıları Ukraynada torpaq satışının əleyhinə olanlardır.

Aksiyaya narazı şaxtaçıların da qatılacağı gözlənilir.

Hüqüq-mühafizə orqanlarından verilən məlumata görə, əraziyə müxtəlif bölgələrdən iştirakçılar gətirilir.