Yunanıstan parlamenti ölkə prezidentini seçib.
Axar.az xəbər verir ki, Yeni Demokrat Partiyasının namizədi Katerina Sakellaropulu 261 səslə Yunanıstanın ilk qadın prezidenti seçilib.
Sakellaropulu martın 14-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.