İraqda oktyabr ayının əvvəlindən bəri davam edən etirazlarda 600-dən çox iraqlı ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri İraq Prezidenti Barham Saleh çərşənbə günü İsveçrənin Davos şəhərində keçirilən forumda söyləyib.
"Zorakılıq aktlarının 600 günahsız nümayişçinin, gəncin ölümünə səbəb olması ağrılı və utandırıcıdır. Bu cinayətlərin qınayıram, qanunu pozanların gec-tez məsuliyyətə cəlb olunacaq”, -deyə prezident vurğulayıb.