“Al-Qaida” lideri ABŞ-ın Yəmənə hava zərbələri nəticəsində öldürülüb

ABŞ-ın rəsmi şəxsləri “Al-Qaida”nın Ərəbistan yarımadasındakı lideri Qasim ər-Rayminin Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri nəticəsində öldürüldüyünü hesab edirlər.

Bu barədə “The New York Times” qəzeti yazır.

Nəşrin mənbələri bildirirlər ki, ABŞ bir neçə ay müddətində ər-Rayminin yerini müəyyənləşdirib. Mərkəzi Kəşfiyyat İdarəsinə 2019-cu ilin noyabrında Yəməndəki mənbədən terrorçunun olduğu yer barədə məlumatlar daxil olub. Bundan sonra Amerika kəşfiyyatı onun pilotsuz təyyarələrin köməyi ilə axtarışına başlayıb. Yanvarda isə ABŞ Yəmənin ərazisinə zərbə endirib.

Nəşrin məlumatına əsasən, ABŞ-ın rəsmi şəxsləri bu informasiya ilə bağlı əlavə təsdiqləri aldıqdan sonra ər-Rayminin öldürüldüyünü elan edəcəklər.