"Marmaray" hər gün təmizlənir


Çində ortaya çıxan və bütün dünyada böyük çaxnaşmaya səbəb olan koronavirüsdan sonra gözlər sərnişin nəqliyyat vasitələrinin təmizliyinə çevrildi. İstanbulda gündə ortalama 500 min sərnişini daşıyan "Marmaray"dakı təmizlik işlərini İhlas xəbər Agentliyi  göstərib.

2013-cü ildə Kazlıçeşmə Ayrılıkçeşmə arasında xidmətə açılan və daha sonra 2019-cu ildə Gebze Halkalı arasında 76.6 kilometrlik yolda gündə ortalama 500 min sərnişin daşıyan "Marmaray"da olan vaqonlar hər gün qruplar tərəfindən təpədən dırnağa təmizlənir.

"Marmaray" vaqonları ilk olaraq yuyulur. Daha sonra xüsusi paltarlarını geyən qruplar ilk olaraq vaqonlarda olan  kresloları və tutma yerlərini xüsusi maddələrlə silir. 

Turan