Misir Prezidenti Əbdülfəttah əs-Sisi Milli Polis Günü münasibətilə 541 məhkumu əfv edib. AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, dövlət başçısının yanvarın 25-də imzaladığı əfv Fərmanı bu gün icra olunmağa başlanıb.
Misirin Daxili İşlər Nazirliyi bəyan edib ki, əfv Fərmanı silah və insan alveri, narkotik maddələrin qanunsuz dövriyyəsi və qisas məqsədilə törədilən cinayətləri işləmiş məhkumlara aid edilmir.
Misirdə Milli Polis Günü ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin fərmanı ilə 2009-cu ildə təsis edilib.