Timoşenko spikerin kürsüsünü "ələ keçirdi"

Ukrayna Ali Radasında torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsi zamanı qalmaqal yaşanıb.

“Unian” agentliyi xəbər verir ki, “Batkvişina” partiyasından olan deputatlar radanın tribunasını mühasirəyə alıb, partiyanın lideri Yuliya Timoşenko isə Rada spikerinin kürsüsündə əyləşib.

Qeyd edək ki, Ukrayna parlamentində müzakirəsi aparılan torpaq islahatı haqqında qanun layihəsi bəzi vətəndaşların və müxalifət partiyalarının etirazına səbəb olub. Qanun layihəsinin qəbul edilməsinə etiraz edənlər hesab edir ki, Ukraynada torpaqların xarici investorlara satılmasına icazə verən qanunun qəbulu ölkənin fermer təsərrüfatının məhv olmasına gətirib çıxaracaq.