Türkiyədə zəlzələ olub


Türkiyədə bu gün yerli vaxtla saat 08:39-da zəlzələ olub. 

APA-nın yerli bürosunun Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) və Kandilli Rəsədxanasının birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Manisa şəhərində qeydə alınıb. Zəlzələ Rixter şkalası üzrə 4 bal gücündə yerin 9 kilometr dərinliyində olub.

Qeyd edək ki, bu gün saat 08:17-də Mərmərə dənizində də 2,2 bal gücündə təkanlar olub.