Türk əsgəri şəhid oldu, Ərdoğan təcili Akarla görüşdü

Prezident Rəcəb Tayib Ərdoğan Suriyanın İdlib şəhərində türk əsgərinə hücumdan sonra Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.

Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Əsəd ordusunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5- i isə yaralanıb.