Lukaşenko mediaya səsləndi: "Məni tərifləmək əvəzinə..."

Prezidenti tərifləmək əvəzinə hakimiyyətin mövqeyini işgüzar formada işıqlandırın.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət KİV-lərinə müraciətində deyib.

“Əlbəttə, biz həmişə obyektiv olmuşuq və olacağıq. Bizim xəbərlərimiz, düzgün mövqeyimiz hər kəsə çatdırılmalı və hər kəs tərəfindən eşidilməlidir. Ümumiyyətlə, utanılası heç nə yoxdur, bizdə isə bu, hərdən olur. Biz ölkəmiz üçün çalışırıq, amma bu o demək deyil ki, prezidentə təriflər tirajlanmalıdır”, – deyə o bildirib.