Yeni doğulan körpə mimikası ilə hər kəsi şoka saldı


Rio-de-Janeyroda yerləşən xəstəxanaların birində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn Isabela Pereira de Jesus adlı körpənin mimikası böyük marağa səbəb olub.
Baku.ws dailymail-ə istinadan xəbər verir ki, doğuşdan sonra ağlaması üçün ona vuran həkimə uşağın qaşqabaq sallaması təəccüb doğurub.

Adətən doğuş prosesini icra edəndən sonra həkimlər uşaqların belinə vuraraq onları ağladır. Bununla da uşaqların ağciyərlərinin işləyib-işləmədiyini öyrənirlər.

Lakin digər uşaqlardan fərqli olaraq Isabela ağlamaq əvəzinə əksinə onun belinə vuran həkimə qaşqabaqlı baxışla cavab verib.

Doğuş anını lentə alan Fotoqraf Rodrigo Kunstmann Braziliyanın Crescer nəşrinə açıqlamasında bildirib ki, göbək bağı kəsilənə kimi uşaq gözlərini geniş açıb və ağlamayıb.