İsrail ordusu bu gün Fələstinin “İslami Cihad” qruplaşmasının Qəzzadakı obyektlərinə aviazərbələr endirib.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“İslami Cihad” terror qruplaşması Qəzza zolağındakı təhlükəsizlik divarında terror törətməyə çalışdı. Daha sonra Qəzzadan raketlər buraxıldı. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Dəməşqin cənubundakı hədəflərə və “İslami Cihad”ın Qəzza zolağındakı onlarla obyektinə zərbələr endirib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən İsrail hərbçiləri Qəzza zolağındakı təhlükləsizlik divarına partlayıcı yerləşdirmək istəyən iki nəfəri güllələmişdi.