İraqda ilk koronavirusa yoluxma halı qeydə alınıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə İraqın Səhiyyə Nazirliyindən açıqlama verilib.
Xəstəlik İran vətəndaşı olan tələbədə aşkar edilib.
Sözügedən şəxs İraq hökumətinin İranla sərhədi bağlamaq qərarının qüvvəyə minməsindən əvvəl ölkəyə daxil olub.
Yoluxma halı Nəcəf şəhərində qeydə alınıb.