Avtobusla qatarın toqquşması 30 nəfərin ölümünə səbəb olub



Pakistanın cənubunda sərnişin qatarının avtobusla toqquşması nəticəsində ən az 30 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi hakimiyyət nümayəndəsinə istinadən bildirib.

Hadisənin dəmir yolu keçidində baş verdiyi qeyd olunub.

Qəza yerində axtarış əməliyyatı aparılır.

"Sinxua" agentliyi daha əvvəl 15 ölən və 30 yaralı barədə məlumat vermişdi.