ABŞ-la Taliban arasında sülh müqaviləsi imzalandı

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti, Taliban heyəti və ABŞ arasında sülh müqaviləsi imzalanıb.

Axar.az xəbər verir ki, müqaviləyə əsasən, 135 gün ərzində Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 13 mindən 8 min 600-ə qədər azaldılacaq.

Qeyd edilib ki, Taliban anlaşmaya riayət edərsə, 14 ay müddətində Əfqanıstandakı ABŞ və NATO hərbçiləri tamamilə bölgədən çəkiləcək.