Bomba səsindən qorxan uşağın o anı ürəkləri dağladı


Suriyada Əsəd rejiminin hücumu altında olan İdlibdə bombalardan qorxan bir uşağın o anları, cib telefonu ilə qeyd edilib. Yaxınları tərəfindən sakitləşdirilməyə çalışılan uşağın ağlaması ürəkləri dağlayır.

Türkiyə ilə gərginliyə səbəb olan İdlibdəki məzlum vətəndaşlar, rejimin atdığı bombalar səbəbiylə zor durumdadır. Rejimin bombalarına hədəf olmaqdan xilas olan ailələrdə yetkinlər bomba səslərinə alışıqdır, ancaq ən böyük qorxunu körpə uşaqlar yaşayır. İdlibdə döyüş təyyarələrindən atılan bombanın düşdüyü anlarda bir qız uşağının yaşadığı qorxu və həyəcan , yaxınları tərəfindən kameralarda əks olunub. Görüntülərdə bomba səsindən əvvəl diksinən uşaq daha sonra  "ana, ana" deyərək ağlayır.

Yaxınlarının sakitləşdirməyə çalışdığı uşaq, açılan bir qapının cırıltısına da qorxu ilə refleks göstərir. Uşaq, açılan qapıdan gələn adamın anası olduğunu görüncə rahatlayıb, gülümsəməsi görüntülərə damğa vurur.

Balaca qızın yaxını isə "Qorxma qızım, qorxma. Təyyarə səsi, qorxma otur" deyərək uşağı sakitləşdirməyə çalışır.

Turan