Ərdoğan hücum etdi, Putin səssiz qaldı - Alman nəşri


Türkiyə Rusiya-Suriya koalisiyasına böyük hücumlar edir və Qərbin 7 ildir bacarmadığını edə bildi.

Axar.az xəbər verir ki, bu barədə “Der Şpigel” nəşri məlumat yayıb.

Yazıda Əsəd rejiminin 2011-ci ildən bəri ilk dəfə böyük itkilər verdiyi deyilib.

“Ərdoğan hücum etdi, Putin səssiz qaldı” başlığı ilə yayımlanan məqalədə qardaş ölkənin silahlarının da üstünlüyü qeyd edilib.