Avstraliyanın Associated Press agentliyi bağlanır


Avstraliyanın Associated Press (AAP) milli xəbər agentliyi 85 illik fəaliyyətdən sonra bağlanır.

AZƏRTAC xəbər verir ki, agentliyin baş redaktoru Tony Gillies “Twitter”də yaydığı açıqlamada agentliyin bağlanmasını "ən üzücü gün" olaraq dəyərləndirib. AAP-ın baş icraçı direktoru Bruce Davidson prosesin iyun ayının sonunda başa çatacağını qeyd edib.

Agentliyin ölkənin bütün əyalətlərində 170-dən çox işçisi, eləcə də Yeni Zelandiya, London və Los-Ancelesdə müxbirləri vardı. AAP, News Corp. media qrupunun banisi Rupert Murdochun atası Keith Murdoch tərəfindən 1935-ci ildə qurulmuşdu.