Rumıniyada koronavirusa yoluxanların sayı 8-ə çatıb


Rumıniyada koronavirusa yoluxanların sayı 8-ə çatıb.

AZƏRTAC xəbər verir ki, sonuncu səkkizinci vətəndaş Olt rayonunun sakinidir. O, İtaliyadan gələn virusa yoluxmuş şəxslə bir avtobusda olub. Hazırda xəstə karantindədir.

Qeyd edək ki, Rumıniyada bundan öncə koronavirusa yoluxan 3 nəfər artıq sağalıb.