Koçaryan xəstəxanaya yerləşdirildi


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Yerevandakı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə onun ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

“Koçaryan təzyiqinin kəskin dəyişməsi səbəbindən “Nairi” tibb mərkəzinə yerləşdirilib. Hazırda tibbi konsilium onun nə qədər xəstəxanada qalmalı olduğunu həll edir” – deyə Soqomonyan əlavə edib.

Onun sözlərinə görə, keçmiş prezident hazıra özünü yaxşı hiss edir.

Xüsusi komissiya 2018-ci il iyulun 26-da Koçaryana 2008-ci il 1 mart hadisələrinin araşdırılması çərçivəsində Konstitusiya quruluşunu dəyişmək ittiham irəli sürüb.

Eks-prezident bu ittihamlarla razılaşmayaraq, onu saxta hesab edir.