Ərdoğandan Yunanıstana çağırış: Sən də qapılarını aç!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Haliç Konqres Mərkəzində təşkil edilən "Türkiyənin Qəhrəman Qadınları" proqramında danışıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yunanıstana səslənən Ərdoğan, "Ey Yunanıstan, sənə səslənirəm, sən də qapılarını aç, bu yükdən xilas ol. Ki açdılar... Getsinlər Avropanın digər ölkələrinə" deyə bildirib. "Bahar Qalxanı" əməliyyatı ilə əlaqədar də açıqlama verən dövlət başçısı bunları deyib:
- Rejimin 3 min 400 ünsürünü təsirsiz hala gətirdik.  3 təyyarəsini, 8 vertolyotunu, 156 tankını, 24 zirehli maşınını, 99 hərbi avtomobilini, 10 sursat anbarını və 2 hava limanını məhv etdik .

Turan