Moskvada rekord istilik qeydə alındı


Mart ayının 8-i Moskvada meteoroloji müşahidələr tarixində ən isti gün kimi qeydə alınıb. İstilik rekordu artıq səhər tezdən qırılıb.

 Axar.az xəbər verir ki, bunu "Fobos" hava mərkəzinin əməkdaşı Aleksandr Sinenkov deyib.

"Artıq səhər saat 5-də meteoroloji stansiyada temperatur 8.5 dərəcə idi. Bu da 2014-cü ildə qeydə alınmış rekord temperaturdan 0.2 dərəcə çoxdur", - Sinenkov bildirib.

Sinoptik gündüz saatlarında temperaturun daha da yüksələcəyini qeyd edib.