Misirdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb



Misirdə koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir. 

Dünyasını dəyişən 60 yaşlı şəxsin Almaniya vətəndaşı olduğu bildirilib.