İranda partiya sədri koronavirusdan öldü

İranda partiya sədri koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Vəhdət və Milli Əməkdaşlıq Partiyasının sədri, sabiq deputat Məhəmmədrza Rahçəməni bu gün vəfat edib.

Bildirilib ki, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi koronavirusla əlaqədar 70 min məhbusun müvəqqəti olaraq evə buraxılmasına göstəriş verib. Müvəqqəti evə buraxılan məhbuslar əsasən, xəstəliyə meyilli olanlardır.

Qeyd edək ki, ötən iki həftə ərzində İranda bir neçə vəzifəli şəxs koronavirusa yoluxub. Onlardan bəzisi epidemiyadan həyatını itirib.