Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahının əməkdaşları koronavirus təhlükəsi səbəbindən evdən işləyəcəklər.
"Sherg.az" Day.Az-a istinadən bildirir ki, müvafiq rəsmi məlumat beynəlxalq təşkilatın saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, BMT-nin baş katibi Antoniu Quterriş rəhbərliklə məsləhətləşmələrdən sonra belə qərar verib ki, əməkdaşlar evdən işləsinlər.
Bu qayda martın 16-dan aprelin 12-ə qədər davam edəcək. Qeyd edilir ki, lazım olacağı təqdirdə bu tarix uzadıla bilər.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 140-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 145 mini, ölənlərin sayı isə 5 mini keçib