Saakaşvili: İvanişvili 800 milyon dolları gizlədir, lari çökəcək

Bidzina İvanişvili gürcü xalqının cibindən milyardlarla lari oğurlayıb.
"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, Gürcüstanda hazırda larinin tam çöküşü və kütləvi aclıq təhdidi var:

"Bu pullar gərək insanlara qaytarılsın, gərək koronovirusdan və iqtisadi böhrandan müdafiə üçün istifadə edilsin. Gürcüstanda hazırda larinin tam çöküşü və kütləvi aclıq təhdidi var. Ona görə də hər şeydən öncə biz İvanişvilidən pulların qaytarılmasını tələb etməliyik və bu pulların böyük hissəsi səhiyyə tədbirləri və larinin möhkəmləndirilməsi üçün istifadə edilməlidir. İvanişvilinin şüşəli evində bunker var və mən dəqiq bilirəm ki, burada 800 milyon dollar saxlanılır, şəxsi ehtiyaclar üçün istifadə edilir. Bu pullar tam olaraq sizin ciblərinizdən oğurlanıb".